16 mart 2020 12:01
4764

Dünyanın ən qorxulu 10 yeri - FOTO

Qorxularınızla üzləşməyinizə hazırsınız? Cəsarətinizi sınamağa dəyərmi? Qarşılaşacağınız dünyanın ən qorxunc mənzərələri bu yerlər əslində bəzi turistlər üçün olduqca maraqlıdır. “İki sahil” dünyanın 10 qorxulu yerini təqdim edir.

Lome Voodoo Bazarı, Toqo

Qərbi Afrika ölkəsinin Toqo bölgəsində yerləşən bu bazar sehrbazların diqqətini çəkən bir yerdir. Dünyanın ən maraqlı bazarında, bölgədə yaşayan timsah, sürünən, meymun və ilan kimi heyvanların kəllələri satılır.

Konnektikut Sehrbazlıq Muzeyi

Amerikada yerləşən bu maraqlı muzey cadugərlər tərəfindən istifadə edilən sehrli alətlərin, sehrli güzgülərin və qorxunc kuklaların keçmişdən bəri sərgiləndiyi bir yerdir. Onilliklərlə toplanandan sonra yaradılan kolleksiyada Annabelle kuklası da var.

Darvaza Pit - Türkmənistan

Türkmənistandakı Darvaza Pit cəhənnəm təsvirlərinə bənzərliyinə görə Cəhənnəm Qapısı kimi də tanınır. Qorxulu bir görünüşə sahib bu çuxur əslində illər əvvəl təbii qaz partlaması nəticəsində meydana gələn yanğındır. Yanğını yarım əsr söndürmək mümkün olmayıb.

Oyuncaqlar adası - Meksika

Meksikadakı bu adanın maraqlı bir xüsusiyyəti var. Julian Santana Barrera adlı meksikalı pis adətlərdən uzaq olmaq üçün bütün adanı o qədər də cəlbedici olmayan kuklalarla bəzəyib.

Beelitz Heilstätten Sanatoriyası - Almaniya

Berlindəki bu sanatoriya uzun illər amansız xəstəliklərlə mübarizə aparanlara ev sahibliyi edib. Birinci Dünya Müharibəsi zamanı yaralanan Adolf Hitler də bir müddət burada müalicə edilib.

İşgəncə Muzeyi - Amsterdam

Amsterdamdakı bu muzey tarix boyu insanlara qarşı tətbiq olunan dəhşətli işgəncə cihazlarının nümaqyiş edildiyi bir yerdir. Muzeydə işkəngə stulları və kəlləni qıra bilən işgəncə cihazları nümayiş olunur.

Aokigahara meşəsi - Yaponiya

Yaponiyadakı Fuji dağının ətəklərindəki bu meşə hətta dəhşət filmlərinin mövzusudur. Hər il yüzlərlə insanın intihar etdiyi bu meşədə müəyyən edilən ərazilərdən kənara çıxanlardan bir xəbər yoxdur. İntiharın və itkin düşmələrin daha çox müşahidə olunan meşədə ruhların gəzməsi mifi də ümumi bir inancdır.

Sedlec kilsəsi - Çexiya

Çexiyadakı Sedlec Kilsəsi, bölgədə yaşayan 70.000 insanın sümüklərinin qorunub saxlanıldığı yerdir. Bəzi sümüklərin bəzək üçün də istifadə edildiyi kilsə bölgəyə xarici gələn turistləri həyəcanlandırır.

Catacombe - Paris

Parisin mərkəzində yerləşən Catacombedə yüz minlərlə skelet var. Şəhərdəki qəbiristanlıqlar çıxarıldıqdan sonra köhnə mədən ərazisinə yığılmış yüz minlərlə skelet bu gün muzey kimi fəaliyyət göstərir.

Dumanlı mumiyalar – Papua, Yeni Qvineya

Anga qəbiləsi ölülərinə bir az fərqli şəkildə hörmət göstərir. Angalar ölən qohumlarını dəfn etmək əvəzinə bədənlərini buxar texnikası ilə mumyalayırlar. Kəndlərindən bir az kənarda həyata keçirdikləri bu üsulla ölülərini tez-tez ziyarət edən Anga qəbiləsinə mənsub olan insanlar ölülərinə hörmətlərini göstərirlər.