27 oktyabr 2020 16:35
616

Düşməndən götürülən tanklar yenidən döyüşə göndərilir

Azərbaycan Ordusunun döyüş zamanı düşməndən götürdüyü tanklar yenidən döyüşə hazırlanır.

"İki sahil" xəbər verir ki, döyüşlərdə ordumuz tərəfindən götürülən düşmənin 8 tankından 4-ü saz vəziyyətdədir. Digər 4 tank isə təmir olunduqdan sonra yenidən döyüşlərə cəlb ediləcək.