30 sentyabr 2020 15:41
702

Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib

Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağ atıcı diviziyasının 5-ci dağ atıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "İki sahil"-ə bildiriblər ki, düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.