25 oktyabr 2020 21:51
1253

Düşmənin döyüş texnikası və sursatları məhv edildi VİDEO

Oktyabrın 25-də günün ikinci yarısında cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənə dəqiq zərbələr endirib.

"İki sahil" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, zərbələr nəticəsində düşmənin 6 D-30 və 1 D-1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası, 1 avtomobil texnikası və xeyli sayda döyüş sursatı məhv edilib.