19 oktyabr 2020 11:30
3926

Düşmənin tabor komandiri itkin düşdü, qərargah rəisi yaralandı

Ermənistan ordusunun tabor komandiri itkin düşüb.

Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Sosial şəbəkələrdə erməni komandir Mher Stepanyanın fotosunu paylaşan aktyor Sargis Qriqoryan yazıb: “Sağdakı tabor komandirim Mher Stepanyan, soldakı tabor qərargahımın rəhbəri Samvel Abqaryandır. Komandirim itkin düşdü, Abqaryan isə yaralandı”.