10 oktyabr 2019 16:33
935

Əbülfəs Qarayev Kolumbiya səfiri ilə görüşüb

Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Luis Antonio Dimate Kardenası qəbul edib.

Nazirlikdən verilən məlumata görə, mədəniyyət sahəsində nəzərdə tutulan layihələr barədə məlumat verən nazir Kolumbiya tərəfini Azərbaycanda keçiriləcək beynəlxalq mədəniyyət tədbirlərində fəal iştiraka dəvət edib.

Görüşdə həmçinin gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən qarşılıqlı mədəniyyət günlərinin təşkili, iki ölkənin mədəniyyət müəssisələri arasında birbaşa əlaqələrin təşviqi və perspektivləri barədə müzakirə aparılıb.

Səfir Luis Antonio Dimate Kardenas Azərbaycanla Kolumbiya arasında mövcud əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib.