19 sentyabr 2020 23:19
805

Əfqanıstan 40 "Taliban" üzvü məhv edilib

Əfqanıstanın Hərbi Hava Qüvvələrinin təyyarələri Gündüz əyalətində "Taliban" radikal hərəkatının mövqelərinə zərbələr endiriblər.

“İki sahil” Trend-ə istinadla xəbər verir ki, aviazərbələr nəticəsində 40 "Taliban" üzvü məhv edilib.

"Reuters" agentliyinin məlumatına əsasən, aviazərbələr nəticəsində həmçinin 12 dinc sakin həlak olub, 10 nəfər isə yaralanıb.

Əfqanıstanın Müdafiə Nazirliyi dinc sakinlərin həlak olması barədə məlumatı təsdiqləməyib, lakin bununla bağlı araşdırma aparıldığını bildirib.