20 sentyabr 2019 19:59
726

Əfqanıstanda daha bir partlayış: 40-a yaxın ölü

Əfqanıstanın cənubundakı Zabul əyalətində törədilmiş güclü partlayış nəticəsində 39 nəfər həlak olub.

Trend-in məlumatına görə, partlayış mərkəzi xəstəxananın yaxınlığında törədilib.

Hadisə nəticəsində daha 185 nəfər yaralanıb. Qurbanların böyük əksəriyyəti həkim və xəstələr olub.

Partlayışla bağlı məsuliyyəti “Taliban” öz üzərinə götürüb.