29 noyabr 2020 20:34
686

Əfqanıstanda partlayışda ölənlərin sayı 34-ə çatıb -  YENİLƏNİB

Əfqanıstanın Qazni şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 34-ə çatıb.  

"İki sahil" xəbər verir ki, bu barədə “Ariana News” agentliyi yerli hökumət orqanlarına istinadən  xəbər verir.

Qeyd edək ki, partlayıcı ilə dolu avtomobil Əfqanıstanın silahlı qüvvələri bazasının yaxınlığında partladılıb. Öldürülənlərin əksəriyyətinin hərbiçi olduğu qeyd olunur.

Daha əvvəl isə hadisə zamanı 20 nəfərin öldürüldüyü bildirilirdi.