Əfqanıstanda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın “TOLO news”a istinadən verdiyi xəbərə görə, qəza Bağlan vilayətində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 4-ü uşaq, 5-i qadın olmaqla, ümumilikdə 17 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.