20 sentyabr 2019 10:25
723

Egemen Bağış səfir təyin olunub

Egemen Bağış Türkiyənin Çex Respublikasında səfiri təyin olunub.

APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan müvafiq qərar imzalayıb.

Qeyd edək ki, E. Bağış Türkiyənin Avropa İttifaqı məsələləri üzrə sabiq naziri və sabiq millət vəkili olub.