Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
31 oktyabr 2020 01:03
301

Ekstremist qrup rəhbəri ​​​​​​​Qarabağa döyüşə yollandı 

Sağ radikal “Zouaves Paris” qruplaşmasının lideri Mark de Kakkere-Valmenir “Instagram” səhifəsində bildirib ki, Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşüb.

"İki sahil" azvision-a istindən xəbər verir ki, bu barədə "Liberasen" məlumat yayıb.

Mark de Kakkere "Kalaşnikov" avtomatı ilə hərbi formada şəklini paylaşıb. Fotoda "İstiqamət: cəbhə yazılıb". O, həmçinin ermənilərlə əməkdaşlıqla "xarici könüllülər briqadası"nı yaratmaq arzusunda olduğunu bildirib.

O, özünü birbaşa faşist adlandırır. Amma Parisdə zorakılığın əsas təhrikçisi olan sağ ekstremistlər qruplaşmasına “Zouaves Paris” adını verib. Mark de Kakkere deyib ki, bu kiçik qruplaşma küçələri qorxuda saxlamaq üçündür.