15 iyun 2019 15:51
492

Elçibəyin həyat yoldaşı dəfn olunub

Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva dəfn olunub.

Mərhumun cənazəsi Ordubad rayonunun Kələki kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Qeyd edək ki, Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib. Yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.