25 fevral 2020 17:36
1433

Eldar İbrahimov: İtaliya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir

“Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri uğurlu oldu. Səfər çərçivəsində 28 sənədin imzalanması bu səfərin əhəmiyyətinin göstəricisidir”. 

Bu fikirləri  Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, İtaliyanın Azərbaycanla münasibətlərində xüsusi yeri olan bu səfərin çox böyük əhəmiyyəti var. Onun sözlərinə görə, bütün sahələrdə İtaliya-Azərbaycan əlaqələri genişlənir, yüksəlir.

“Təbii ki, bu da ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən siyasətin nəticəsidir. Bütün sahələr üzrə lazımi və vacib müqavilələr bağlandı. Bunun özü çox böyük haldır. İtaliya Prezidentinin Azərbaycanda olarkən yüksək səviyyədə qarşılanması xüsusilə orada qeyd olundu. Yüksək səviyyəli danışıqların, əlaqələrin qurulmasında cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi rolu  var. Bu mənada, İtaliya-Azərbaycan əlaqələri daim yüksələn xətlə inkişaf edir”-deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.