15 avqust 2020 13:15
1020

Əli Kərimli niyə aqressivdir?

Yaxud cəbhə trolları indi də beynəlxalq təşkilatları, avropalı, amerikalı siyasətçiləri təhqir edir

 

YAP-ın Sosial media qrupunun rəhbəri Ramil Vəlibəyov AXCP sədri Əli Kərimlinin "repressiya" oyunlarını və cəbhə trollarının beynəlxalq qurumları şantaj əməliyyatını ifşa edən status paylaşıb. Həmin statusu diqətinizə təqdim edirik:

- AXCP və Milli Şura uğursuz dövlət çevrilişi cəhdindən sonra məsuliyyətdən boyun qaçırmaq üçün saxta beynəlxalq dəstək görüntüsü arxasında gizlənməyə çalışırdı. Lakin başda Əli Kərimli olmaqla radikal müxalifət yanıldı və Avropadan, ABŞ-dan istədikləri dəstək gəlmədi. Əli Kərimli, Sevinc Osmanqızı, Qənimət Zahid, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimilər Avropada və ABŞ-da hüquq təsisatlarını “repressiya” oyunlarına inandıra bilmədilər və ya bu dəfə Avropa və ABŞ siyasətçilərinə, beynəlxalq təşkilatlara gedən “donoslar” inandıcı olmadı, AXCP və Milli Şuranın “repressiya” oyunu da effekt vermədi. Bu səbəbdən də radikal düşərgə daha da aqressivləşdi. Bu aqressivliyi isə biz AXCP sədri Əli Kərimlinin son müsahibəsində də gördük.

Əli Kərimli deyir ki, əgər hansısa qurum dəyərlərini, prinsiplərini satırsa, əvəzində nüfuzunu itirir: “Hansısa siyasətçi, beynəlxalq təşkilat susursa, ona qarşı böyük təzyiqlər olur... Bəzi beynəlxalq təşkilatlar mövqeyini gec ortaya qoydular, bu səbəbdən onlara qarşı tvitter üzərindən böyük kampaniya başlandı... Niyə susursan, xeyir olsun? Sən düz adamsansa, demokratsansa, susmalı deyilsən. Yox, əgər susursansa, göz yumursansa, deməli nəyisə, haradasa satmısan”.

AXCP sədrinin bu aqressiv fikirləri bir sıra məqamlara işıq tutur:
1. AXCP sədri etiraf edir ki, onların “repressiya” oyunları baş tutmadı, lazımı effekti vermədi.
2. AXCP sədri etiraf edir ki, onlara dəstək verməyən avropalı və amerikalı siyasətçiləri sosial şəbəkə üzərindən təhqir etdirir.
3. AXCP sədri etiraf edir ki, avropalı və amerikalı siyasətçiləri tvitter vasitəsilə satqınlıqda ittiham edir.
4. Əli Kərimli bu dəfə nəinki Azərbaycan, hətta dünya xalqları adından danışmağa başlayır.

Belə bir halda sual olunur ki, Əli Kərimli şəxsi maraqları üçün sosial şəbəkələrdə siyasətçilərə, beynəlxalq qurumların təmsilçilərinə təzyiq etməyə çalışırsa, niyə bunu xalqın milli maraqları naminə etmir? Nə üçün Ermənistanın işğalçılıq siyasətini ifşa etmir? Hansı səbəbdən erməniləri silahlandıran Rusiya siyasətçilərini linç etdirmir? Əgər Əli Kərimli bunları etmirsə, əvəzində dövlətin və xalqın maraqlarını zərbə altında qoyursa, demək ki o, şəxsi maraqlarının düşkünüdür, ermənidən də betər düşməndir...