15 avqust 2020 13:00
3080

Əli Qurbani Sumqayıt”da

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” futbol klubu növbəti futbolçunu heyətinə cəlb edib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, son klubu İsfahanın "Sepahan" komandası olan Azərbaycan əsilli futbolçu Əli Qurbani komanda ilə 1+1 illik müqavilə imzalayıb. 29 yaşlı hücumçu “Sumqayıt”da “9” nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Cənubi Azərbaycandan olan Əli Qurbani “Nassaji” klubunun yetirməsidir. 2010-2011-ci illər mövsümündə adıçəkilən klubun əsas komandasının formasını geyinib (18 oyun, 3 qol). Əli son klubu “Sepahan”la yanaşı, (39 oyun, 4 qol) “Gahar” (23 oyun, 7 qol), “Shahr Khodro” (17 oyun, 3 qol), “Naft Tehran” (61 oyun, 16 qol), “İstiqlal” (55 oyun, 13 qol) və “Spartak Trnava” (9 oyun, 2 qol) klublarında da çıxış edib.