30 may 2019 10:40
4109

Əlinizin forması və barmaqlarınız xarakteriniz haqqında nə deyir?

Əlinizin forması, barmaqlarınızın uzunluğu və hətta ucları belə sizə xarakteriniz haqqında ipucu verir.

Aktiv olaraq istifadə etdiyiniz əlinizin forması sizə şəxsi xüsusiyyətləriniz və işiniz haqqında məlumat verir. Digər əlinizin barmaqları isə ətrafınızdakı insanlarla necə ünsiyyət qurduğunuzu göstərir.

Barmaqlarınızdan bəziləri güclü, bəziləri isə zəifdir. Barmağınız qıvrılıbsa və ya digər barmaqlarınızdan fərqlidirsə, o barmağınız zəifdir. Uzun və düz barmaqlarınız güclü barmaqlardır. Güclü barmaqlarınız xarakterinizin xaricə necə əks olunduğunu göstərir.

Baş barmağınızın güclü olması işlərinizdə müvəffəqiyyətli olduğunuzun göstəricisidir.

Güclü bir işarət barmağı zəka və xarakter gücünə dəlalət edir.

Orta barmağın güclü olması məsuliyyət, güvən və zəkanın göstəricisidir.

Üzük barmağınızın güclü olması bədii istedadınızın və bacarıqlarınızın inkişaf etdiyini göstərir.

Sərçə və ya çəçələ barmağı dediyimiz ən balaca barmağımız isə kommunikativ bacarıqlarımızdan xəbər verir.

Barmaq uclarınızın yuvarlaq olması hər kəslə sülh içində olmaq istədiyinizi deyir. Bu vəziyyət sizdə bəyənilməmə və rədd edilmə qorxusu olduğunu  göstərir. Kvadrat formasında və düz barmaq ucları olan insanlar qeyri-müəyyən vəziyyətləri sevmirlər. Onlar dəqiq nəticələr istəyirlər. Avar formasında olan barmaq uclarına sahib olan insanlar praktik zəkaya sahib olurlar.

Barmaqlarınızın arasındakı boşluğun geniş olması azad ruhlu olduğunuzu göstərir. Əgər barmaqlarınız bir-birinə çox yaxındırsa, bu, təvazökar və çox diqqətli biri olduğunuzun göstəricisidir.

Barmaqlarınızın uzunluğu sizin xarakterinizlə bağlı məlumat verir. Ətrafınızdakılara qarşı necə bir münasibətdə olduğunuzun göstəricisidir.

Üzük barmağı işarət barmağından daha uzun olan insanlar əksəriyyətlə cazibədar insanlar olurlar. Problemləri həll etmək bacarıqları yüksək olur. Çox vaxt həddindən artıq aqressiv olurlar. Həmçinin belə barmaq quruluşuna sahib olan insanlar sosial, aktiv və ekstravert insanlar olurlar.

Üzük barmağı işarət barmağından daha qısa olan insanların ən diqqətə çarpan özəlliyi özgüvənlərinin yüksək olmasıdır. İşlərini təkbaşına görməyi sevirlər. Müvəffəqiyyəti tək yaşamaq istəyərlər. Belə insanlar hər zaman daha artığını istəyən struktura sahib olurlar.

Üzük barmağı ilə işarət barmağı bərabər uzunluqda olan insanlar isə olduqları mühitdə yaranan gərginlik və mübahisəni yatışdıran, sakit və mümkün olduğu qədər orta yolu tapmağa çalışan insanlar olurlar. Lakin bu sakitlikləri pozulduqda qəfildən əsəbləşə bilərlər. Münasibətlərində sadiq və fədakar olurlar.

Röya Rasimqızı, “İki sahil”