31 oktyabr 2020 10:17
695

Emre Belözoğlu: "Qarabağda oynamaq bizim üçün böyük xoşbəxtlik olardı

"Bizim üçün Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyə. Kədəri də, sevinci də paylaşırıq. Hər zaman dualarımız və dəstəyimizlə Azərbaycanın yanındayıq".

"İki sahil" "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin "Fənərbağça" klubunun idman direktoru Emre Belözoğlu "CBC Sport" telekanalında yayımlanan "Türkiyədən futbol" verilişinə açıqlamasında Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən deyib.

Veteran futbolçu bildirib ki, Qarabağ işğaldan azad olunduqdan sonra orada oyun keçirmək istəyirlər: "Ümid edirəm ki, tezlikdə Qarabağ erməni işğalından azad olacaq. Orada futbol oynamaq bizim üçün böyük xoşbəxtlik olardı. Azərbaycan xalqının dualarına ehtiyacım var".

Klubun seleksiya qrupunda Azərbaycan futbolunu izləyən nümayəndələri olduğunu bildirən Belözoğlu ona hesabatların göndərildiyini deyib: "Fənərbağça"da yeni vəzifəyə təyin olundum. Burada ən yaxşısını etmək üçün mübarizə aparacağam. Bizin qan bağlılığımız olduğu üçün hər zaman gözümüz orada olacaq".

Qeyd edək ki, Emre Belözoğlu 2019/2020 mövsümünün sonunda futbolçu karyerasını başa vurub.