18 mart 2020 20:42
4239

Ən böyük muzeylər

Bir çoxları dünyanın ən böyük muzeyinin hansı olması ilə maraqlansa da bu suala qəti bir cavab vermək çətindir. Bəzilərini muzeyi ziyarət edən insan baxımından, bəzilərini ərazisi və ya hündürlüyü baxımından bu sual maraqlandırır. Bugünkü yazımızda dünyanın ən böyük muzeylərini təqdim edirik.

LUVR

Son dövrlərə qədər dünyanın ən böyük muzeyi Luvr hesab olunurdu. Lakin onun bu göstəricilər üzrə dünyada üçüncü yerdə olması faktları ortaya çıxdıqdan sonra çoxlarının bununla bağlı fikirləri qarışmışdır. Dəqiq parametrlərin göstərilməsi çətin də olsa , 2007-ci ilə qədər Paris Luvru dünyanın ən böyük muzeyi olduğuna inanılırdı. Muzeyin ərazisi 160 min kvadratmetrdən çoxdur. Kolleksiyasındakı əsərlərin maddi və mənəvi dəyərlərini nəzərə alsaq, hər il bu məkanı 10 milyona yaxın turistin ziyarət etməsi təəccüblü deyil.

Luvr Muzeyi kolleksiyasında 350 mindən çox əsər mövcud olsa da, nümayiş olunan əsərlərin sayı 35 minə yaxındır.Bu rəqəmlərin mahiyyəti barədə təsəvvür yaratmaq üçün onu deyə bilərik ki, nümayiş olunan hər bir əsərə 1 dəqiqənizi ayırsanız, 35 min dəqiqə, yəni muzeyi tam şəkildə gəzməyiniz üçün 73 gün lazımdır.

ERMİTAJ

Sankt-Peterburqdakı Ermitaj Muzeyi dünyanın ikinci ən böyük muzeyidir və 66 min kvadratmetr sahəsi var. Dünyanın ən qədim muzeylərindən biri olan Ermitaj Muzeyi 1754-cü ildə qurulmuş və 1852-ci ildə ictimaiyyət üçün açılmışdır.

ÇİN MİLLİ MUZEYİ

Dünyanın üçüncü ən böyük muzeyi Çin Milli Muzeyidir. Pekinin Tiananmen meydanında yerləşən bu muzey 65 min kvadratmetr ərazini əhatə edir. Bu muzey 1959-cu ildə Çin İnqilab Muzeyi və Birləşmiş Çin Tarix Muzeyindən sonra qurulub. Onun əsas məqsədi ictimaiyyəti maarifləndirmək və Çinin tarixini və sənətini tanıtmaqdır.

METROPOLİTEN MUZEYİ

Dünyanın dördüncü ən böyük muzeyi Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyidir. Bu muzey 58 min m? ərazidə inşa edilmişdir. 1872-ci ildə açılmış muzeydə 2 milyondan çox əsər var. Bu muzeyin kolleksiyası Qədim Misirdən tutmuş İslam sənətinə, Avropa rəsmlərinə, Yunanıstan və Roma sənətlərinə qədər hər şeyi əhatə edir. Metropoliten İncəsənət Muzeyi 2016-cı ildə təxminən 6,7 milyon ziyarətçi qəbul edib.

Samirə İsmayılova, “İki sahil”