12 noyabr 2019 16:20
873

Ən çox spirtli içki içilən ölkələr - SİYAHI

Spirtli içkilərdən ən çox istifadə edilən ölkələrin siyahısı açıqlanıb.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Bir baxışda sağlamlıq 2019” adlı hesabatında vətəndaşları ən çox spirtli içki qəbul edən ölkələr barədə məlumatlar yer alıb.

Siyahıda birinci yerdə Litva qərarlaşıb. Belə ki, bu ölkədə il ərzində adambaşına 12,3 litr spirtli içki qəbul edilir. Vətəndaşları 12 ayda 11,8 litr spirtli içki içən Avstriya ikinci, 11,7 litr göstərici ilə Fransa üçüncü olub.

Sonrakı yerlərdə Çexiya (11.6), Lüksemburq (11,3), Latviya və İrlandiya gəlir. Bu dəfəki reytinq cədvəlində Rusiya 7-cidir. Rusiya və Macarıstan vətəndaşları orta hesabla adambaşına 11,1 litr spirtli içki qəbul edir.