Norveçin neft nəhəngi hesab olunan “Equinor” şirkəti onun və şərikləri “OMV” və “Petoro” şirkətləri Barens dənizində yerləşən “Sputnik” kəşfiyyat quyusunda neft kəşfinə imza atıblar. Şirkət kəşfin 20-65 nilyon barrel neft ekvivalenti həcmində olduğunu bildirib.
“Sputnik” quyusu 855 saylı hasilat yatağında “Vistinq” kəşfinin təxminən 30 kilometr şimal-şərqində yerləşir. Quyuda, həmçinin 15 metrlik neft sütunları da aşkar olunub.
“İki sahil” menafn.com saytına istinadən xəbər verir ki, quyudan götürülən nəticələr neftin yüngül neft olduğunu təsdiqləyib.
Leyla,
“İki sahil”