14 iyun 2019 21:42
348

Ər arvada, arvad ərinə qadağa qoya bilərmi? - VİDEO

Son zamanlar cəmiyyətimizdə ailədaxili qadağalar nəticəsində şiddət və cinayət hallarının artması ilə bağlı xəbərlər eşidirik. Kimisi qısqanclıq zəmnində, kimisi isə ailə daxili problemlərdən təngə gələrək boşanmaq qərarına gəlir. Hətta ən xırda fikir ayrılığı böyük problemlərə çevrilir. Əvvəllər də mövcud olan ailədaxili qadağalar niyə artıq ayrılıqlara səbəb olur?

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: “Müəyyən qadağalar olmalıdr. Ən böyük problem geyimə görədir. Hər addımda qadağa qoyasan mən onun tərəfdarı deyiləm”.

Sakin: “Ailə qurdun gərək hər şeyə qane olasan. Yoldaşı nə deyir gərək onu eləsin. Bəzi xanımlar bununla razı olmurlar. Xanım qadağa qoya bilməz axı gərək bəy qadağa qoya”.

Doğrudur hər xırda bir işə görə qadağanın qoyulması cəmiyyətimizdə düzgün qarşılanmır.

Dini müstəvidə də kişinin qadına, qadının kişiyə ifrat qadağa qoyması qəbuledilməzdir. Din hər kəsə seçim azadlığı verir. Lakin verilən çərcivəni aşmamaq şərti ilə.

Hacıfəxri Sadıqov – İlahiyyatçı: “İfratı qadağalara dinimizdə icazə verilmir. O qadağalar ki , İslama görə Allahın və peyğəmbərimizin qoyduğu çərcivədən kənara çıxırsa o halda o ifrat olur. Kişi öz xanımına qadağa edə bilməz ki, atası evinə getməsin. Bəzi məişət qadağaları var ki, dinimizin buyurduğu qadağa deyil”.

Əgər o ailədə ki, qadağa var demək hər iki tərəf düzgün və qarşılıqlı anlaşa bilmir. Bu da ən sonda fiziki şiddətə gətirib çıxarır. Tərəflərin bir-birini anlamaması və birinin digərini idarə etməsi bu kimi hallar təkcə iki tərəfə deyil hətta övladlara da öz zərbəsini vurur. Bəzən bu qadağalar cütlüklərin bir-birinə olan inamını və dəyərini azaldır.

Bunun üçün də ailədə kişinin və yaxud qadının dəyərinin artması, onların bir-birlərinə olan qarşılıqlı münasibətlərinin düzgün formada olmasından asılıdır.