11 oktyabr 2019 13:49
1062

“Ər mövzusunda onunla zarafatlaşmışdım”

Bir neçə həftədir Türkiyənin pop ulduzu Hadisəyə davamlı olaraq söz atan müğənni Demet Akalın növbəti dəfə həmkarı barədə açıqlama verib.

"İki sahil" "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, dünən KİV nümayəndələrinin suallarını cavablandırarkən Hadisə ilə zarafat etdiyini bildirib:

"Ər mövzusunda onunla zarafatlaşmışdım. Amma Hadisə cavab olaraq sadəcə "subaylıq sultanlıqdır" desəydi, məsələ bağlanacaqdı. Demək ki, zarafat anlayışımız fərqlidir".

Qeyd edək ki, söz-söhbətə səbəb Hadisənin Harbiye açıq hava teatrında çıxışı zamanı "məkanın sahibi geri qayıtdı" deməsidir.

Demet bundan sonra "Hadisə hər yerin sahibi olsun. Əri yoxdur, evdə tək yatır" deyə bildirmişdi