23 avqust 2019 16:35
826

Ərdoğan HƏRƏKƏTƏ KEÇDİ

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, Ərdoğanla Putin Suriya və Liviyadakı son prosesləri müzakirə ediblər.

Ərdoğan Putinə bildirib ki, İdlibdə atəkəsin pozulması halları humanitar fəlakətə səbəb ola və Suriya münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara zərbə vura bilər.

Qeyd edək ki, Suriyada Əsədə bağlı qüvvələr və Rusiya hərbiçilərinin Türkiyənin hərbi maşın karvanına atəş açması haqda xəbərlər yayılıb.