13 avqust 2020 17:12
1256

Ərdoğan ilə Merkel arasında telefon danışığı olub

Angela Merkel və Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniyanın baş naziri Angela Merkel arasında telefon danışığı olub.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, telefon danışığında Aralıq dənizinin şərqindəki vəziyyət başda olmaqla regional məsələlər müzakirə olunub.

Türkiyə lideri Aralıq dənizinin şərqindəki problemlərin beynəlxalq hüquq və dialoq əsasında həll olunmasının tərəfdarı olduğunu bildirib.