11 noyabr 2019 16:16
634

Ərdoğanın yerinə onu hazırlayırlar?

Türkiyədə AKP-nin içindən çıxmış Əli Babacan və Abdullah Gülün yeni partiya yaratmaq istiqamətində fəaliyyəti davam edir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, son dövrlər Əli Babacanın xaricə səfərləri xüsusi diqqət çəkir.

Məlumatlara görə, o, Londonda müxtəlif görüşlər keçirir və bu görüşlər əsasən gizli şəkildə aparılır.

“Günboyu” qəzetinin yazarı Fatih Ergin yazır ki, Babacan 2003, 2004, 2005, 2007, 2008, 2009, 2012 və 2013-cü illər olmaqla 8 dəfə “Bilderberq” klubunda (dünyanı idarə edən qüvvələrin hər il keçirilən qeyri-rəsmi toplantısı) iştirak edib. Vaxtilə Babacan açıqlamışdı ki, bu səfərlər Ərdoğanın istəyi ilə gerçəkləşib.


“Lakin diqqətçəkən məqam Babacanın bu səfərləri AKP-nin hakimiyyəti dövründə etməsi idi. Yeni partiya qurmaq istiqamətində çalışdığı bir vaxtda onun son dövrlər tez-tez Londona getdiyi və gizli görüşlər keçirdiyi diqqət çəkir”, - deyə F.Ergin yazıb.

Onun fikrincə, dünya gücləri Ərdoğanın yerinə Babacanı hazırlayırlar.