20 iyul 2019 10:15
636

Ərəb koalisiyası Səna əyalətində hərbi əməliyyat keçirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin üsyançı husilərin nəzarəti altında olan paytaxt əyaləti Sənada hərbi əməliyyat keçirib.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Turki əl-Malikiyə istinadən Səudiyyənin SPA agentliyi məlumat yayıb.

"Koalisiyanın birləşmiş qüvvələr komandanlığı bu gün səhər (şənbə günü - red.) Səna əyalətində beş hava hücumundan müdafiə sistemi və ballistik raket anbarlarını məhv etmək üçün hərbi əməliyyat həyata keçirib", - deyə əl-Maliki bildirib.