14 iyul 2020 17:11
1174

Erməni əsgərlərin valideynləri həyəcan təbili çalır

Azərbaycana qarşı Tovuz rayonu istiqamətində hərbi təxribata başlayan Ermənistan hərbçilərinin valideynləri həyəcan təbili çalır.

Sosial şəbəkələrdə erməni hərbçilərin valideynlərinin artıq iki gündür övladları ilə əlaqə saxlaya bilmədiyi, onların narahatlığını ifadə edən mesajlar yayılır.

“Zənglərə cavab vermirlər, harada olduqlarını, nə baş verdiyini, vəziyyətlərinin necə olduğunu bilmirik”, - deyə erməni əsgər valideynləri bildirirlər.

Öz növbəsində Hərbi Nəzarət Xidmətinin rəisi, general-polkovnik Movses Akobyan onları təşviş yaratmamağa çağırıb. Buna cavab olaraq, valideynlər dərhal oğulları ilə əlaqə yaratmağı tələb ediblər. //Azvision.az