12 sentyabr 2019 12:31
1081

Erməni siyasi fəal: “Ermənistan müharibə və sülhdə qeyri-sabit titrəyir”

“Onlar Ermənistan əhalisini talan etmək, öldürmək və məhrum etməklə varlanıblar. Əlbəttə, bu, xoşagəlməz mənzərədir. Bəs bütün ömrünü kriminal oliqarxiyaya qarşı çıxışlar edən Paşinyan bu qədər asanlıqlamı öz keçmişini unutdu?”.

Ordu.az xəbər verir ki, erməni siyasi fəal Qayane Ayvazyan öz “Facebook” səhifəsində bildirib.

O qeyd edib ki, xalqın əlləri üzərində inqilabla hakimiyyətə gələn Paşinyan bir qrup siyasi xadimlə birlikdə Ermənistanın kriminal oliqarxiyasının iki böyük ailəsinin (Xaçatur Sukisyanın oğlu və Qaqik Tsarukyanın qızı) toy məclisində iştirak edib.

“Onun inqilab həyata keçirmədiyi zaman krimainal oliqarxiya ilə əməkdaşlıq etməkdən başqa sadəcə alternativ çıxış yolu yox idi”, - deyə Ayvazyan bildirib.

Onun sözlərinə görə, Paşinyan inqilab etmir, hakimiyyət məsələsini həll edir.

“Ermənistan müharibə aparan ölkədir. Cəmiyyət ya mühacirət etməklə, ya da qarşıdurmadan yayınmaqla müharibədən qaçır. Paşinyan bunu yaxşı başa düşür, ona görə də başqa diskursun daxil edilməsi halında anlaşılmazlıq və elektoratı itirmək qorxusu ilə adət halını almış müharibə ritorikasını davam etdirir. Nə qədər ki, Ermənistan müharibə aparır və cəmiyyətin müharibəni başa çatdırmaq tələbi yoxdur, Ermənistan iqtisadiyyatı oliqarxik olacaq. Ermənistanın bütün rəhbərləri oliqarxiya pulu qarşısında əyilməməlidirlər. Nə qədər ki, Ermənistan müharibə və sülhdə qeyri-sabit titrəyir, erməni inqilablarının maksimal nəticəsi bu ola bilər - üfürmüşləri üfürməmişlərlə əvəz etmək, sonra yenidən eyni şey”, - deyə siyasi fəal qeyd edib.