20 yanvar 2021 19:40
425

Erməni tərəfi müharibə itkilərini azaldır: 3439 ölü

“Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı erməni tərəfdən ölən 3439 əsgərin cəsədi tapılıb. Lakin bu, ilkin məlumatdır”.

“İki sahil” erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Tiqran Avinyan parlamentdəki “hökumət saatı” zamanı söyləyib. “Hazırda əlimizdə 3439 cəsədi var, onlardan da 766-sınin şəxsiyyəti hələ müəyyən edilməyib. İtkin düşənlər də var. Son rəqəmləri açıqlamaq istəmirəm. Ancaq ölənlərin sayı 4 mindən çox olmayacaq” - deyə Tiqran Avinyan bildirib.