24 noyabr 2020 16:28
848

Ermənilər “Artsax” lövhəsini sökdülər FOTO

Kəlbəcərin girişində qondarma rejimin adı yazılan lövhə sökülüb.

"İki sahil" azvision-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bildirilir ki, sabah ermənilər Kəlbəcəri boşaldaraq Azərbaycana təhvil verəcək. Bu səbəbdən “Artsaxa xoş gəlmisiniz” yazılış lövhə sökülüb.

Qeyd edək ki, həmin lövhə Ermənistandan Qarabağa gedən yolda qoyulmuşdu.