Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
27 sentyabr 2020 18:58
288

Ermənilər yaşlı və qocaları da orduya çağırır

Ermənistan hakimiyyəti tətbiq olunan hərbi vəziyyət çərçivəsində 55 yaşa qədər olan zabitlərin, gizirlərin və ehtiyatda olan hərbi qulluqçuların səfərbərliyini elan edib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Xatırladaq ki, Dağlıq Qarabağ bölgəsində münaqişənin kəskinləşməsi fonunda Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik elan olunub.

Agentlik həmçinin qondarma DQR-da 18 yaşdan yuxarı kişilərin səfərbərliyi barədə də məlumat verib.