23 mart 2019 15:02
888

Ermənistan KİV: Azərbaycandan xeyli geridəyik

Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyan iri investisiya layihəsinə veto qoyub.

Trend-in məlumatına görə, Rusiyada yaşayan erməni sahibkar Artur Yerznkyan Ermənistanda telekommunikasiya və rabitə sahəsinə 200 milyon dollar investisiya yatırmağı planlaşdırıb. Sahibkarın məqsədi yeni mobil rabitə operatoru yaratmaq olub.

O, mobil rabitəni abonentlər üçün ucuz, sərhəd rayonlarının sakinləri üçün isə, demək olar, havayı etməyə hazır olduğunu deyib.

Erməni KİV-in məlumatına əsasən, lakin A.Arşakyan layihənin reallaşdırılmasına icazə verməyib. Nazir bildirib ki, həmin layihə mövcud 3 operatora mane olacaq və guya sahibkar özü də xeyir götürməyəcək.

Yerli mətbuat isə vəziyyəti belə izah edir: "Elə buna görə də Ermənistan investisiyaların həcminə görə regionda sonuncudur və Azərbaycanla Gürcüstanda xeyli geri qalır".