27 noyabr 2020 11:24
295

Ermənistan məhv edilmiş daha 34 hərbçisinin adını açıqladı

Ermənistan tərəfi üçtərəfli razılaşmadan əvvəl Dağlıq Qarabağda məhv edilmiş daha 34 hərbçinin adını açıqlayıb.

"İki sahil" azvision-a istinadla xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 1712 nəfərə çatıb.

Real faktlara əsasən, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çox olub. Üstəlik, düşmən ordusuna terrorçular və muzdlular da cəlb edilib. Onların ölüm statistikası aparılmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan Qarabağda azı 4750 erməni hərbçinin öldüyünü açıqlamışdı.