12 sentyabr 2019 14:22
78

Ermənistan ordusunun Aprel döyüşlərində iştirak edən əsgərləri dindirilməyə cəlb olunacaq

2016-cı ilin Aprel döyüşlərini araşdıran Ermənistan parlamentinin istintaq komitəsi dördgünlük əməliyyatların iştirakçılarını yaxın günlərdə “cinayət istintaqına” - dindirilməyə dəvət edəcək.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, sıravi əsgərdən tutmuş zabit heyətinə qədər bütün hərbi qulluqçular, xüsusilə ən qızğın nöqtələrdə olan şəxslər dindirilməyə cəlb olunacaqlar. İndiyə qədər istintaqa Ermənistan Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin keçmiş rəis müavinləri çağırılıblar.

Xatırladaq ki, Aprel döyüşlərini araşdıran müvəqqəti komitənin səlahiyyətlərini Ermənistan parlamentinin müdafiə komitəsi həyata keçirir və qapalı iclaslar çağırır.