13 avqust 2020 19:55
1191

Ermənistan ordusunun iki hərbçisi oğurluğa görə həbs olunub

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən bölmələrindən birində oğurluq edən iki hərbi qulluqçu həbs olunub.

“İki sahil” erməni KİV-lərinə istinadla xəbər verir ki, işğalçı ordunun hərbçiləri A.Apoyan və T.Ayvazyan hərbi əmlakı oğurlayaq kriminal dəstənin üzvlərinə satdıqlarına görə saxlanılıblar.

Fakt ictimaiyyətdən gizlədilsə də, hərbi qulluqçular barəsində prokurorluq tərəfindən başlanan cinayət işi üzrə istintaq davam edir.