04 avqust 2020 19:58
1194

Ermənistan Rusiyadan və Qərbdən dəstək gözləyirdi, ümidləri puç oldu

"Ermənilər ümid edirdilər ki, bütün dünya Ermənistanı deyil, Azərbaycanı region üçün təhlükə hesab edəcəklər. Lakin bu riskli strategiyaları işə yaramadı və gözlədikləri dəstəyi görə bilmədilər".

Bu fikirləri ABŞ-lı politoloq Endryu Korybko iyulun 12-də Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatla bağlı yazdığı məqaləsində qeyd edib.

O bildirib ki, qlobal güclər artıq Ermənistanın lobbi şəbəkəsinin manipulyativ təsirindən xəbərdardırlar: "Bir müddət təsirli olan Ermənistanın beynəlxalq lobbi şəbəkəsi artıq düzgün fəaliyyət göstərmir. Buna görə də heç kim Ermənistanın Tovuzla bağlı iddialarına inanmadı. Bölgədəki gərginliyə görə Ermənistan məsuliyyət daşıyır”.

E.Korybko bildirib ki, Ermənistanın beynəlxalq lobbi şəbəkəsinin xüsusilə son illərdə fəaliyyət istiqaməti ürəkaçan deyil: "Onlar Azərbaycana qarşı haqsız və əsassız ittihamların Qərb dünyası və Rusiya tərəfindən qəbul ediləcəyini gözləyirdilər. Ancaq bu olmadı".

Azərbaycanın bölgədəki vacib investisiyalarını risk altına atmayacağını qeyd edən Endryu Korybko, qlobal güclərin də Azərbaycanın bölgədəki neft-qaz boru kəmərlərini, dəmir yollarını və Mingeçevir su anbarını təhlükədə qoyacaq heç bir addım atmayacağını bildirib: “Ermənistanın son dövrdə bir sıra səhvlərə yol verir. Ermənistanın ilk səhvinin beynəlxalq lobbi şəbəkəsinin gücünü gözündə böyütməsidir. Soyuq müharibədən sonra beynəlxalq ittifaqlarda “sivilizasiyaların toqquşması” tezisinə güvənən Ermənistan Qərbdən böyük dəstək gözləyirdi. Ermənilər Türkiyənin Ayasofyaya məscid statusu verməsi ilə Qərblə yaşadğı problemlərdən yararlanmağa çalışaraq dərhal bu plana əl atdılar. Bəlkə də onlar beynəlxalq ictimaiyyətin "regional sülhə təhdid edən ölkə kimi Azərbaycan deyil, Ermənistan ola bilərmi?", sualına cavab axtarmağa çalışırdılar".

ABŞ-lı politoloq qeyd edib ki, artıq bir çox ölkələr Ermənistanın regional sülhə təhdid olduğunu düşünürlər: “Qlobal güclərin Ermənistanla Azərbaycan arasındakı qarşıdurmalara baxışı dəyişməyə başlayacaq. Ən son gərginliklər və qarşıdurmalar Ermənistan üçün bir fəlakətə səbəb olmaq üzrədir”. //Publika.az