20 sentyabr 2020 13:52
698

Ermənistanda COVID-19-dan ölüm sayı 930-a çatdı

Ermənistanda son sutka ərzində daha 277 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 47 431 nəfərə çatıb.

Son sutkada 2 xəstə həyatını itirib, bununla virusa yoluxma nəticəsində ölənlərin sayı 930-a yüksəlib.

Ermənistanda koronavirusa yoluxan, lakin digər səbəblərdən ölənlərin sayı 287 nəfərdir. //Azvision.az