21 sentyabr 2020 11:15
676

Ermənistanda daha 121 nəfər yoluxdu

Ermənistanda koronavirusa yoluxanların sayı 47 552 nəfərə çatıb.

“İki sahil” Trend-ə istinadla xəbər verir ki, son sutka ərzində 121 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 6 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 936 nəfər koronavirusdan ölüb, 3 692 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.