06 iyun 2020 16:52
954

Ermənistanda daha 547 nəfər koronavirusa yoluxdu

Ermənistanda son sutka ərzində daha 547 nəfər koronavirusa yoluxub, 7 nəfər isə ölüb. “İki sahil” xəbər verir ki,  məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 12 min 364, ölənlərin sayı isə 190 nəfərə çatıb. Hazırda Ermənistanda 8385 aktiv koronavirus xəstəsi var.