07 iyun 2020 12:51
818

Ermənistanda daha 766 nəfər virusa yoluxdu, 10 nəfər öldü

Ermənistanda koronavirusa yoluxanların sayı 13130 nəfərə çatıb. “İki sahil” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.  Məlimata görə, Son sutkada 766 nəfər koronavirusa yoluxub, 10 nəfər ölüb. Qeyd edək ki, indiyə kimi Ermənistanda 200 nəfər virus səbəbi ilə ölüb.