30 oktyabr 2020 10:51
505

Ermənistanda koronavirusa yoluxanların sayı Çini ötdü

Ermənistanda daha 2 398 nəfərdə koronavirus aşkarlanıb.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 87 432-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda - 28 nəfər artaraq 1 300-ə çatıb. İndiyədək 54 316 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 31 458 aktiv koronavirus xəstəsi var.