02 aprel 2020 15:51
1192

Ermənistanda koronavirusa yoluxanların sayı sürətlə artır

Ermənistanda son sutka ərzində 92 nəfər koronavirusa yoluxub.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, koronavirusa yoluxanların sayı 663 nəfərə çatıb.

Hazırda 626 nəfərin müalicəsi davam edir.

Son sutka ərzində 1 yeni ölüm faktı da qeydə alınıb.

Qeyd edək ki, bu günədək ölkədə 4 nəfər virusdan həyatını itirib.