19 mart 2019 10:34
689

Ermənistanda oğul 88 yaşlı anasını balta ilə qətlə yetirdi

Ermənistanda 88 yaşlı anasını qətlə yetirən oğula qarşı ittihamlar irəli sürülüb.

Publika.az xəbər verir ki, "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Tavuş vilayətində qeydə alınıb.

Vilayətin 62 yaşlı sakini evdə spirtli içkinin olmaması səbəbindən anası ilə mübahisə edib. O, mübahisə zamanı balta ilə anasına zərbələr endirib. Ağır xəsarətlər alan qadın tibb mərkəzinə yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Hadisəni törədən şəxs saxlanılıb.