03 dekabr 2020 13:26
653

Ermənistanda qazın qiyməti bahalaşdı

Ermənistanda qazın qiyməti bahalaşıb.

Azvision.az xəbər verir ki, bu barədə “ARF Daşnaksutyun”un üzvü, sabiq kənd təsərrüfatı naziri Artur Xaçatryan “Facebook”da yazıb.

Onun sözlərinə görə, qazın 1 kub metrinin qiyməti 320 dram olub.

"Türkiyə limanları və Azərbaycan bazarının açılanadək yeni qiymət artımları gözləyin”, - deyə Xaçatryan əlavə edib.