13 avqust 2020 11:06
837

Ermənistanda yoluxanların sayı 41 mini ötüb

Ermənistanda son sutkada daha 229 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

 “Sputnik Armenia” xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 41 023 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 3 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 809 nəfər olub.

Ermənistanda xəstəlikdən sağalanların sayı 33 897 nəfərdir.