25 noyabr 2019 10:36
1321

Ermənistanın faşizmə xidmət edən “njdeizm” ideologiyası

Ərazisinin böyük-kiçikliyindən, əhalisinin sayından asılı olmayaraq hər bir xalq  milli mənsubiyyəti,  genetik xüsusiyyətləri, tarixi, adət-ənənələri ilə tanınır.  Ermənilər   yeganə millətdir  ki,  əraziləri olmasa da, onun-bunun torpaqları hesabına özlərinə “dövlət” qurduqları kimi,  “varlıqlarını” uydurma xəyalları hesabına “tarixiləşdirərək” qondarma  “hayastan” yaradıblar. Ermənilərə məxsus olan,  əsrlərdən bəri irsən  yaşatdıqları və dəyişilməyən yeganə xüsusiyyətləri qana hərislikləridir. Qatil adını  daşımaqdan şərəf duyan, daşnak ideyalarını özləri üçün milli siyasət kimi qəbul edərək əsrlərlə türklərin simasında  özləri üçün düşmən obrazı yaradan   “hay”lar haqqında başqa  millətlərdən olan  tarixçilərin yazılı  mənbələrində də  bu xalq qaniçən, vəhşi kimi tanıdılır.

Rus tədqiqatçısı V.L.Veliçko “Kavkaz” əsərində yazır: “Ermənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və  heç şübhəsiz ki, bu əsassız deyildir... məhz onlar hər cür bəhanə ilə  hay-küy qoparmaq qabiliyyətinə malikdirlər.”  Yazıçı A.S. Qriboyedovun rus imperatoruna  yazdığı məktubunda erməniləri bu sözlərlə xarakterizə edir:” Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il  yaşadıqdan sonra dünyaya hay-küy salaraq “bura bizim qədim, dədə-baba torpağımızdır” deyəcəklər.” N.İ.Şavrovun “Novaya uqroza russkomu delu v Zakavkaze: predstoyaşaya rasprodaja Muqani inarodam.” yazısında isə qeyd olunur: “Zaqafqaziyada  yaşayan 1 milyon 300 min nəfər erməninin bir milyonu yerli deyil. Və onlar vilayətə bizim tərəfimizdən köçürülüb.” Erməni  yazıçısı L.Z.Sürməliyan “Xanımlar və cənablar, müraciətim sizədir” kitabında öz soydaşlarının əməllərinə bu sözləri ilə qiymət verir: “Türklərlə ermənilər arasındakı ziddiyyətlərin yaranmasının əsas səbəblərindən biri də  türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin amansız qəddarlığıdır.”

Erməni vəhşiliklərindən bəhs edən yüzlərlə, minlərlə belə sübutlar vardır. Yaxın tariximizdə Xocalıda törədilmiş soyqırımı  erməni vəhşiliyinin ağlasığmaz  nümunəsidir. Xocalı soyqırımının dözülməz mənzərəsindən dəhşətə gələn fransız jurnalisti Jan İv Yunet yazır: “ Biz Xocalı faciəsinin şahidiyik. Biz Xocalı  müdafiəçilirinin, yüzlərlə dinc sakinin- qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük... Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən gördüklərimiz də  törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət  edirdi. Bu, tükürpədici mənzərə idi. 5-6 yaşlı uşaqları, qundaqdakı körpələri,  hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər.”

Ən qəddar terror birləşmələrində  ermənilərin çoxluq təşkil etməsinin özü  bu millətin qəddarlığının göstəricisidir. Terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistanın, Eçmiədzin kilsəsinin yetirmələri olan Andronik, Amazasp,  Varujan Karapetyan, Monte Melkonyan, Caan Ohanesyan, Aşot Qaloyan, Boris Simonyan, Qrant Markaryan... Köçəryan, Sarkisyan kimilərinin əli ilə  qətlə yetirilən insanların sayı yüzlərlədir. Beyrut və  Livanda məskunlaşan “Ermənistanın azadlığı uğrunda erməni gizli təşkilatı”nın (ASALA) üzvləri terror hadisələrinin törədilməsində  zəngin təcrübəyə malikdirlər. ABŞ, Kanada,  Fransa,  Avstriya,  Lüksemburq, İspaniya, İtaliya,  Türkiyə, Rusiya... ən başlıcası isə Azərbaycan  erməni terrorundan zərər çəkən ölkələr sırasındadırlar. Ermənilər üçün insan, millət, xalq amili heç nə ifadə etmir.

Qarabağ müharibəsində azərbaycanlılara qarşı ən dəhşətli cinayətlər törətmiş “ASALA”nın “İnqilabi hərəkat” adlı  qruplaşmasının “Avo” ləqəbli rəhbəri Monte Melkumyanı milli qəhrəman adlandıraraq qalib obrazında əbədiləşdirən  Ermənistanda terrorçu  Qurgen Markaryanın “Xidmət zamanı göstərdiyi mərdlik və fədakarlığa görə” ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilməsi,   ASALA”-nın Fransa bölməsinin başçısı Varujan Karapetyana milli qəhrəman adı verilməsi yeganə fakt deyil. Sumqayıt hadisələri zamanı  daşnak ideologiyasını qəbul etməyən erməniləri öldürən  Eduard Qriqoryanın əvəzinə iki azərbaycanlının cinayətkar kimi məsuliyyətə cəlb olunması erməni fitnəkarlığının təzahürü idi. Xocalı soyqırımında 613  soydaşımızı qətlə yetirən, uşaq qatili  ermənilər   Füzuli rayonu, Alxanlı kənd sakini 2 yaşlı Zəhranı  və nənəsini  öldürdülər. Tovuz rayonunun Qaralar kəndini atəşə tutması  nəticəsində  yaşadığı həyətə düşən mərmi nəticəsində ağır qəlpə yarası alan  13 yaşlı Ramini yaraladılar.

Bu baxımdan Hitler reyxinin  generalı  Njde kimi qaniçəni qəhrəman adlandırıb, abidə ucaldan Ermənistanın rəhbərliyinin terroru dəstəkləməsi təsadüfi deyil. Yerevanın mərkəzində faşist cəlladı və satqın Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulmasının terrora dəsəkdən başqa anlamı ola bilməz.   İkinci dünya müharibəsi zamanı  alman faşizminə xidmət etməklə  minlərlə  insanın qətlinə səbəb olan Njde kimi satqınlar  ermənilər arasında istənilən qədərdir. Çünki başqalarına yarınmaqla  məkrli siyasətlərini həyata keçirmək xisləti ermənilərə genlərindən gələn murdarlıqdır ki, əsrlər ötsə də daşnaklara məxsus satqınlıq yeni  keyfiyyətlər üzrə davam edir. Qatili, terrorçunu heykəlləşdirmək, əbədiləşdirmək  təşəbbüsü də bu istəkdən irəli gəlir. Yerevanda bir meydana Qaregin Njdenin adının verilməsi də  faşizmə xidmətdir.

MDB Dövlət Başçılarının Aşqabad Sammitində   terroru, faşizm ideologiyasını dövlət səviyyəsində dəstəkləyən Ermənistanın Azərbaycana qarşı  törətdiyi cinayətlərdən söz açan Prezident İlham Əliyevin   vurğuladığı kimi, “nijdeizmə pərəstişlik” işğalçı dövlətin əsas ideologiyasıdır.

Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciət etdiyi həmin Sammitdə məntiqli çıxışı ilə  dünya ictimaiyyətinin diqqətini cəlb edən cənab İlham Əliyev bildirdi ki, faşizm üzərində ümumi Qələbəmizə  layiqli töhfələr verən Azərbaycandan fərqli olaraq Ermənistanın  Njde, Dro kimi  “qəhrəmanları” ölüm kabusuna dönərək insanların kütləvi qətlində iştirak edirdilər. “Azərbaycanın 600 mindən çox oğlu və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi” söyləyən dövlət başçımızın vurğuladığı kimi Ermənistanın, bu ölkənin baş naziri Nikol Paşinyanın  faşizm ideologiyasına sadiqliyi  qorxulu və təhlükəlidir.  Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi  nasizmə   “yaşıl işıq” yandırmaqdır.

Prezident İlham  Əliyev  Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyası”da  Njde ilə bağlı məqamları diqqətə çatdırdı: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”.”  Başqa  şərhə ehtiyac yoxdur.

2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulması  və bütün narazılıqlara baxmayaraq abidənin  hələ də saxlanılması işğalçı, terrorçu  Ermənistanın dövlət siyasətinin məramını açıqlayır.

Dövlət başçımızın insanlığa çağırış, Böyük Vətən müharibəsində həlak olan milyonların ruhuna hörmət olan sözləri faşizmi əbədiləşdirən   Ermənistanın işğalçılıq siyasətinə göz yumanları  düşündürməlidir. Rusiyanın Armavir şəhərində Njdenin xatirə lövhəsinin qaralanması faktı da göstərir ki, ermənilərdən başqa bütün millətlər faşizmə nifrət edir. Hadisə ilə bağlı mətbuata açıqlama verən  Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov bildirib ki, faşist cəlladlarına xidmət edən Njde  üçün   qoyulan  xatirə lövhəsi bu qatilin qətlə yetirdiyi yüzlərlə insanın ruhuna  hörmətsizlikdir. 

Xuraman İsmayılqızı, “İki sahil”