Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
25 sentyabr 2020 15:02
277

Ermənistanın ölkəmizə qarşı təxribatlarına dair reportaj

Türkiyənin “A HABER” telekanalı Ermənistanın ölkəmizə qarşı təxribatlarına dair reportaj yayımlayıb

Türkiyənin “A HABER” telekanalı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindən torpaqlarımıza qarşı hücum cəhdləri nəticəsində bölgədə yaranan gərginliklə bağlı xüsusi reportaj yayımlayıb.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, reportajda türkdilli tamaşaçılara təcavüzkar Ermənistanın məkrli niyyətləri barədə aydın məlumat verilib, düşmənin atəşi nəticəsində zədələnən evlər, mülki əhalinin hədəfə alınmasını əks etdirən kadrlar nümayiş olunub. Diqqətə çatdırılıb ki, yerli sakinlər düşmən hücumlarından narahatlıq keçirsələr də, doğma yurdlarına qəlbən bağlıdırlar və heç yerə getmirlər. Əhali Azərbaycan Ordusunun gücünə və müdafiə qüdrətinə tam inanır.

Reportajda, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin gücünü göstərən hərbi təlimlərdən də söz açılıb, kadrlar nümayiş olunub.