23 yanvar 2020 13:00
1277

Eşqi Ajda Pekkanı ağlatdı

Türkiyənin superstar müğənnisi Ajda Pekkan 3 ay sonra işıq üzü görəcək 10 mahnılıq albomunun səsyazması üçün getdiyi studiodan ağlayaraq çıxıb.

“İki sahil” xəbər verir ki, mahnılardan birini oxuyarkən için-için ağlayan müğənni ikinci və üçüncü oxumalarında da duyğulanınca fasilə istəyib.

Müğənni ağlamağının səbəbini soruşan musiqiçilərə “qəlb qırıqlığı” deyib.