11 yanvar 2019 11:08
1888

Əsrin “ən gözəl” intiharı

23 yaşlı Evelin Mak Xeyl Nyu-Yorkda yerləşən məşhur “Empire State”-in (102 mərtəbəli göydələn) 86-cı mərtəbəsinə qalxır. 344 metrlik yüksəklikdən ətrafa baxan bu gözəl xanım tərəddüd etmədən özünü həmin yüksəklikdən aşağı atır.

Nəticədə binanın aşağısında dayanmış BMT-yə aid olan limuzin avtomobilinin üzərinə düşən qadın həyatını itirir. Hadisə 1947-ci ildə baş verib.

Yaxınlıqdan keçən tələbə - fotoqraf Devil Ualz dörd dəqiqə sonra ölmüş qadının şəkillərini çəkir. Hazırda bu şəkillər “Ən gözəl intihar” adı altında məşhurdur.

Evelin intihar etməmişdən qabaq məktub yazıb qoyur: “Mən istəmirəm ki, mənim ailə üzvlərimdən kimsə mənim cənazəmi görsün. Mən sizdən və ailəmdən xahiş edirəm ki, mənə heç bir xatirə qoyulmasın və mənim ölümüm ilə əlaqədar heç bir yas mərasimi  keçirilməsin”.

Ailəsi onun istəyini nəzərə alaraq cənazəni yandırır və  Evelinin adına qəbir olmur. Onun sevgilisi Floridaya köçür və heç bir zaman evlənmir.

Bu hadisə ona görə  “ən gözəl” intihar adını qazanır ki, fotodan göründüyü kimi və hadisənin şahidi olmuş insanların dediklərinə görə, intihar etmiş bu gözəl qadın 86-cı mərtəbədən düşmüş insan əvəzinə, avtomobilin üzərində sakitcə uzanıb yatmış qız təsiri bağışlayır.

Könül Əliyeva, “İki sahil”